Nantda “Qarabağ” Azərbaycan məktəbində hesabat yığıncağı keçirilib

Fransanın Nant şəhərində fəaliyyət göstərən "Qarabağ” Azərbaycan məktəbində valideynlərlə birgə hesabat xarakterli iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Azərbaycan Fransa Mədəniyyət Assosiasiyasının sədri və "Qarabağ” Azərbaycan məktəbinin layihə rəhbəri Toğrul Zeynalov açaraq, qısa müddət ərzində layihənin uğurlu nəticələri, keçilən dərslər və onların məqsədi haqqında məlumat verib.

Məktəbin direktoru və ingilis dili müəllimi Leyla Həmidbəyli tədris proqramından və uşaqların qısa müddətdə inkişafından danışıb.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Səma Allahverdiyeva çıxışı zamanı həmkarlarının fikrini bölüşdüyünü bildirərək, şagirdlərin milli ruhda böyüməsində məktəbin rolunu vurğulayıb.

Məktəbin fəaliyyətini əks etdirən videoçarx təqdim olunub.

Məktəbin idarə heyətinin üzvü Reyhan Qasımova məktəbə marağın günbəgün artdığını, bunun Azərbaycanımızın diaspor fəaliyyətinin gücləndirilməsi istiqamətində böyük uğur olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu uğur dostlarımızı sevindirdiyi kimi düşmənlərimizi üzür. Avropanın mərkəzində Fransanın yaşıl paytaxtı adlanan Nant şəhərinin mərkəzində "Qarabağ” Azərbaycan məktəbi getdikcə fəaliyyətini genişləndirir və Azərbaycanın 3 rəngli bayrağı Fransada dalğalanır.

Tədbirdə iştirak edən valideynlər məktəbin fəaliyyətindən çox razı qaldıqlarını, qadınlara fransız dili dərsinin çox faydalı olduğunu və cəmiyyətə inteqrasiyanı asanlaşdırdığı qeyd edilib.

Sonda dünyaca məşhur Fransada yaşayan soydaşımız fotoqraf Reza Deqatinin Azərbaycanla bağlı kitabları valideynlərə və şagirdlərə hədiyyə edilib.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar