Yerli MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 89,2 faizə çatıb

Bakı, 11 dekabr, AZƏRTAC

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron qaydada aparılır.

Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin 11 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatının yüksək sürətlə artım dinamikasına nail olunub. Həmin dövrdə qeydiyyata alınan hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 33,2 faiz artıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 81,7 faizdən 89,2 faizə yüksəlib. Bu ilin son 6 ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub, noyabr ayında 91,5 faiz təşkil edib.

Həmçinin bu ilin əvvəlindən ən yeni qeydiyyat üsulu - fin kod+mobil nömrə ilə 868 hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində biznesə başlama üzrə aparılmış islahatlarla bağlı Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın təsdiq etdiyi icra və kommunikasiya planlarında nəzərdə tutulan tədbirlərin icrası məqsədilə Vergilər Nazirliyində müvafiq koordinasiya işləri yerinə yetirilib.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar