Ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad olunur

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də səhər saatlarından başlayaraq insanlar axın-axın Fəxri xiyabana gəlir, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini anırlar. Fəxri xiyabanda yaşanan bu izdiham xalqın öz böyük oğluna tükənməz məhəbbətini və ehtiramını nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini yad etməyə gələnlər arasında müxtəlif təbəqələri təmsil edən, hər yaşda olan insanlar - hərbçilər, dövlət təşkilatlarının nümayəndələri, elm və mədəniyyət xadimləri, təhsil və tibb işçiləri, veteranlar, tələbələr, şagirdlər və başqaları var. Ulu Öndərin Fəxri xiyabandakı məzarını Azərbaycanda fəaliyyət göstərən diplomatlar, paytaxtımızın qonaqları da ziyarət edirlər.

Qədirbilən insanlar Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin xatirəsini daim əziz tuturlar. Azərbaycanın müasir tarixi, keçdiyi inkişaf yolu bu dahi şəxsiyyətin adı ilə sıx bağlıdır. Xalqımız öz Ümummilli Liderini heç vaxt unutmur və unutmayacaq.

Bu gün Bakı ilə yanaşı, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş izdihamlı anım mərasimləri keçirilir. Bu, bir daha göstərir ki, Heydər Əliyev mənən xalqı ilə birlikdədir. Azərbaycan Ümummilli Liderin ideyalarının işığında dinamik inkişaf edir, ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artır. Ulu Öndərin siyasi kursunu qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti nəticəsində Azərbaycan yeni-yeni uğurlara imza atır.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar