Serbiya prezident seçkilərinə hazırlaşır

 

Belqrad, 16 dekabr, AZƏRTAC

Serbiyada növbəti prezident seçkiləri gələn il aprelin 2-nə təyin olunub.

AZƏRTAC xəbər verir ki, əsas namizəd hazırkı prezident Aleksandr Vuçiçdir. Onun partiyası ölkəni idarə edən koalisiyanın ən güclü halqasıdır. Koalisiya parlamentdə 250 mandatla böyük əksəriyyət təşkil etməkdədir. A.Vuçiç seçkiyə bir ay qalmış vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Gələn ilin mart və ya aprel ayında ölkədə parlament və yerli özünüidarəetmə orqanlarına da seçkilər gözlənilir.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar