Türkiyə Prezidenti: ABŞ Senatının “erməni soyqırımı” qətnaməsi tamamilə siyasi mahiyyət daşıyır

Bakı, 16 dekabr, AZƏRTAC 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ATV televiziya kanalına müsahibəsində bildirib ki, ABŞ Senatının qondarma "erməni soyqırımı”nın tanınması ilə bağlı qətnaməsi tamamilə siyasi mahiyyət daşıyır. O əlavə edib ki, Birləşmiş Ştatların bu addımı iki ölkənin müttəfiqlik ruhunda tərəfdaşlığına ziddir.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Ankaranın da adekvat addımlar ata biləcəyini, hətta Adanadakı İncirlik və Malatyadakı Kürecik hərbi bazalarının Amerika əsgərlərinə bağlanılması məsələsini nəzərdən keçirəcəyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ Türkiyədəki hərbi bazada nüvə başlıqları olduğunu da unutmamalıdır.

Rəcəb Tayyib Ərdoğan müsahibəsində qeyd edib: "Biz ABŞ-da gərginləşən daxili qütbləşmənin Türkiyəyə mənfi təsirindən təəssüflənirik. Bəzi qruplar bizim ölkəmizə təzyiq göstərilməsindən Trampı zəiflətmək üçün istifadə edirlər. Amma biz də adekvat addımlar atacağıq. Açıq danışmaq istəyirəm: hinduların taleyini xatırlamadan Amerikadan danışmaq olarmı? Bu, ABŞ-ın tarixində rüsvayçı bir səhifədir. Analoji hadisələr Afrikada da baş verib. Fransanın Ruanda və Əlcəzairdə törətdiyi qırğınları unutmaq mümkünmü?”

Türkiyə Prezidenti Qərbin irqçilik və müstəmləkəçilik tarixinə aid sənədlərin yenidən qaldırılacağını bildirib. O xatırladıb ki, qırğın və soyqırımı faktları mövcud olduğu halda həmin ölkələrin Türkiyənin şanlı tarixinə iftira atmaq haqqı yoxdur. R.T.Ərdoğan əlavə edib ki, 1915-ci ildə ermənilər Osmanlı imperiyasına təcavüz edən rus qoşunlarını dəstəkləyib və bu səbəbdən köçürülüblər. Faciələr isə həm türk, həm də qarşı tərəfdən baş verib. Ankara bir neçə il əvvəl həmin hadisələrin tarixçilər tərəfindən araşdırılması məqsədilə birgə komissiya yaramağı təklif edib.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar