Naxçıvan Şahmat Mərkəzində şahmat birinciliyinə start verilib

Naxçıvan, 17 dekabr, AZƏRTAC

Naxçıvan Şahmat Mərkəzində "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında şahmat birinciliyinə start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan şəhər tam orta məktəblərinin III-IV sinif oğlan şagirdləri arasında keçirilən yarış şəxsi xarakter daşıyır.

Naxçıvan Şəhər Təhsil Şöbəsi, şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən birincilikdə 17 tam orta məktəbin hər birindən 3 oğlan olmaqla, ümumilikdə, 51 şagird iştirak edir.

Qeyd edək ki, yarış İsveçrə sistemi üzrə 5 turdan ibarətdir. Birinciliyə bu gün yekun vurulacaq.

 

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar