Əbülfəs Qarayev: Nadir Qasımovun əsərlərində neftçilər mövzusu xüsusi yer tutur

Bakı, 18 dekabr, AZƏRTAC

Nadir Qasımovun burada təqdim edilən əsərlərində Neft daşları, neftçilər mövzusu, əmək insanlarına baxış xüsusi yer tutur. Mənim aləmimdə bu, ən ümdə əsərlərdən biridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə mədəniyyət naziri Əbülfəs Qarayev Milli İncəsənət Muzeyində Xalq rəssamı Nadir Qasımovun 90 illiyinə həsr olunmuş sərgidə deyib.

"O dövrdə əmək insanlarının fəaliyyəti rəssamların dünyagörüşünə, fəlsəfəsinə təsir göstərən amillərdən biri idi. Bu baxımdan hər bir rəssamın özünün yanaşma tərzi vardı. Təqdim olunan sərgidə bu insanların əməyinin çətinliyini əks etdirən əsərlər var. Burada həmçinin təbiətin gözəlliyindən daha çox, onun sərtliyinin gözəlliyi nümayiş olunur. Bu böyük bir hadisədir ki, uzun fasilədən sonra biz belə bir sərgini açmağa nail olduq. Ümumiyyətlə, muzey son zamanlar maraqlı layihələr təqdim edir. Muzeyin üçüncü binası istifadəyə veriləndən sonra insanlar daha çox eksponatlar görmək imkanı əldə edəcəklər”, - deyə o bildirib.

https://azertag.az/files/galleryp
Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar