Füzuli Dövlət Dram Teatrı “Qış möcüzəsi-5” adlı şou-proqrama başlayıb

Füzuli, 19 dekabr, AZƏRTAC

Füzuli Dövlət Dram Teatrı Yeni il münasibətilə "Qış möcüzəsi-5” adlı şou-proqrama başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, teatrın repertuarında olan Nicat Kazımovun "Ələddinin sehrli çırağı" tamaşası əsasında hazırlanan proqram teatr binasında, həmçinin rayonun işğaldan azad olunmuş kəndlərində, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə və hərbi hissələrdə təqdim olunacaq.

Proqramın ssenari müəllifi teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşovadır. Şaxta baba və Qar qızın, müxtəlif nağıl və cizgi filmi qəhrəmanlarının iştirak etdiyi şou-proqram 2020-ci il yanvarın 10-dək davam edəcək.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar