Avstriyada mədəniyyətlərarası festivalda Azərbaycan mətbəxi təqdim olunub

Vyana, 19 dekabr, AZƏRTAC

Avstriyanın Zaltsburq şəhərində mədəniyyətlərarası kulinariya festivalı keçirilib. Gün ərzində festivala dünyanın bir çox ölkələrindən gələn diaspora nümayəndələri öz milli mətbəxlərinin nümunələrini tədbir iştirakçılarına təqdim ediblər.

AZƏRTAC xəbər verir ki, ölkəmizi bu tədbirdə Avstriya Azərbaycanlılar Cəmiyyəti təbliğ edib. Cəmiyyət festivala Azərbaycan mətbəxinin müxtəlif təamları, ilk növbədə isə şah plovla qatılıb.

Cəmiyyətin rəhbəri Fərid Əzizov bildirib ki, rəhbərlik etdiyi təşkilat bu tədbirə ciddi hazırlaşıb və təqdim olunan nemətlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Şah plovu dadan tədbir iştirakçıları onu digər qonaqlara da tövsiyə ediblər.

Qeyd edilib ki, bu kimi tədbirdə iştirak, milli mədəniyyətin və mətbəxin təqdimatı Azərbaycanın dünyada daha da yaxşı tanıdılmasına öz töhfəsini verir.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar