“ASAN xidmət”ə 35 milyonuncu müraciət qeydə alınıb

Bakı,19 dekabr, AZƏRTAC

"ASAN xidmət”ə 35 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, həmin müraciət 5 saylı Bakı "ASAN xidmət" mərkəzinə Ziya İslamov və Leyla İslamova tərəfindən edilib. Onlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən nikahın qeydə alınması xidmətindən yararlanıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev İslamovlar ailəsini bu münasibətlə təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırıb.

Hazırda ölkədə 16 "ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki və Şamaxıdadır. Bundan başqa, regionlarda 10 Səyyar "ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar