Azərbaycan Avropa Şurasının Lanzarote Konvensiyasına qoşulub

Strasburq, 20 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası "Lanzarote Konvensiyası” kimi tanınan "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına qoşulub.

AZƏRTAC xəbər verir ki, Strasburqda Avropa Şurasının mənzil-qərargahında təşkil edilən rəsmi mərasimdə bu Konvensiyanın Azərbaycan Respublikasının 1681-VQ nömrəli 22 oktyabr 2019-cu il tarixli Qanunu ilə təsdiq edilməsi haqqında ratifikasiya sənədinin əsli ölkəmizin qurum yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov tərəfindən təşkilatın baş katibinin müavini xanım Qabriella Battaini-Draqoniyə təqdim olunub.

Təqdimat mərasimində Avropada geniş yayılmış uşaqlara qarşı cinsi zorakılığın ən ağır cinayət növü olduğunu bildirən baş katibin müavini Q. Battaini-Draqoni Konvensiyanın Azərbaycan tərəfindən ratifikasiya edilməsini alqışlayıb.

Lanzarot Konvensiyasının müvafiq müddəalarına uyğun olaraq, Avropa Şurasının bu hüquqi sənədi 2020-ci il aprelin 1-dən etibarən qüvvəyə minəcək.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar