Bədii və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri bu tarixdə elan olunacaq

Bakı, 21 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq Mədəniyyət Nazirliyi tərəfindən noyabrın 1-dən elan olunmuş bədii və animasiya filmlərinin ssenari müsabiqəsinə layihələrin qəbulu noyabrın 25-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, müsabiqənin əvvəlcədən elan olunmuş şərtlərində qaliblərin adlarının dekabrın 20-dək nazirliyin www.mct.gov.az saytında və "Mədəniyyət” qəzetində açıqlanacağı bildirilib. Lakin müsabiqəyə marağın yüksək olması və təqdim olunan ssenarilərin çoxluğu səbəbindən nəticələrin açıqlanma müddətinin uzadılması zərurəti yaranıb.

Məlumat üçün bildiririk ki, nazirlik tərəfindən elan edilmiş bədii və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri gələn il yanvarın 31-dək www.mct.gov.az saytında və "Mədəniyyət” qəzetində elan olunacaq.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar