Roma Papası və bütün Rusiyanın patriarxı arasında tarixi görüş

Roma Papası və bütün Rusiyanın patriarxı arasında tarixi görüş

 

 

 

Roma Papası Fransisk Kubada Rus Pravoslav Kilsəsinin rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirill ilə görüşüb.

 

Söhbət zamanı Roma Papası uzun zamandır planlaşdırılan bu görüşün həyata keçirilməsindən məmnunluğunu ifadə edib. O, görüşün Allahın iradəsi ilə baş tutduğunu deyib.

Kirill isə qeyd edib ki, son 10 ildə üzləşdiyimiz və öhdəsindən gəlməyə çalışdığımız bütün problemlərə baxmayaraq, fikirlərimizi bölüşmək imkanı əldə etmək sevindirici haldır.

Havananın "Jose Marti” Beynəlxalq Hava Limanında baş tutmuş görüşün sonunda birgə bəyanat imzalanıb. Bəyanatda qeyd olunur ki, bir sıra əngəllərin mövcudluğundan agah olaraq, keçirilən görüşün Allahın iradəsi ilə qurulmuş həmrəyliyin bərqərar olunmasına töhfə verəcəyinə ümidvarıq. Sənəddə, həmçinin iki dini liderin xristianların Yaxın Şərqdən uzaqlaşdırılmasının qarşısının alınması üçün təcili tədbirlər görülməsinə dair beynəlxalq birliyə çağırışı da yer alıb: "Bizim əsas çağırışımız Yaxın Şərqdə və Şimali Afrikada zorakılığa məruz qalan qardaş və bacılarımız üçündür”.

Kirillə görüşdən sonra Roma Papası yeddigünlük səfər üçün Meksikaya yola düşüb.

"AZƏRBAYCANIM”

BEYNƏLXALQ JURNALI

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar