Muğam Mərkəzində bu dəfə kamançadan danışılacaq

Bakı, 25 dekabr, AZƏRTAC

Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində "Kamançanın əmsallarının, kamança ailəsinin və kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi” mövzusunda dəyirmi masa təşkil ediləcək.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində kamanlı alətlərin ölçü sistemlərinin təyin edilməsi məsələsi müzakirə olunacaq, ölçü sistemlərinə aid kitabça iştirakçılara, o cümlədən bu sahə ilə məşğul olan ustalara təqdim olunacaq. Müzakirələrdə simli alətlər üzrə mütəxəssislər, elm adamları, bu alətlərin ifaçıları və ustalar iştirak edəcək.

Layihənin ideya müəllifi Beynəlxalq Muğam Mərkəzinin direktoru , Xalq artisti Murad Hüseynov, koordinatoru isə filologiya elmləri üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim Gülhüseyn Kazımlıdır.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar