AMEA-nın Botanika İnstitutunun gənc mütəxəssisləri Rusiyada təcrübə keçiblər

Bakı, 25 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun dissertantı Xatirə Qasımova və doktorant Şəbnəm İsayeva Rusiya Elmlər Akademiyasının V.L.Komarov adına Botanika İnstitutunda elmi ezamiyyətdə olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, gənc tədqiqatçılar Bitkilərin anatomiya və morfologiyası laboratoriyasında yem əhəmiyyətli bitki toxumlarının vegetativ orqanlarının anatomik quruluşunu öyrənib, Palinologiya laboratoriyasında isə Azərbaycanın palçıq vulkanı ərazilərindən toplanılmış bitkilərin tozcuqlarında palinoloji tədqiqatlar aparıblar.

Həmçinin X.Qasımova "İqlim dəyişikliyi və abiotik stress: müxtəlif yem bitkilərində kök-gövdə əlaqələri (Kür-Araz ovalığı, Azərbaycan)” və Ş.İsayeva "Palçıq vulkanlarının florası, bitkiliyi və palinologiyası (Azərbaycan)” mövzularında təqdimat ediblər.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar