Azərbaycan Dillər Universitetində Mao Tszedunun nəzəri irsi müzakirə edilib

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dövlətinin yaradıcısı Mao Tszedunun anadan olmasının 126-cı ildönümünə həsr edilmiş "Çində ictimai-siyasi fikir" elmi-tələbə seminarı keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Mao Tszedunun inqilabi dövrünün dövlət quruculuğu və iqtisadi islahatlar üçün möhkəm əsas yaratmağa imkan verdiyini deyib. O, Çinin uğurlu uzunmüddətli inkişafı üçün Mao Tszedunun balanslaşdırılmış iqtisadi artım və sosial bərabərlik ideyalarının aktual olduğunu vurğulayıb.

Seminarda ADU-nun tələbələri Çin dövlətinin yaradıcısının fəlsəfi və sosial-siyasi baxışları, ölkənin ənənəvi siyasi təlimlərinin Mao Tszedunun nəzəri əsərlərinə təsiri və onun "üç dünya" konsepsiyasının tarixi mənbələrindən danışıblar.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar