Daşkənddə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi

Daşkənd, 28 dekabr, AZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Daşkənddə yaşayan azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi təşkil edib.

AMM-də təşkil olunan şənlikdə 150-yə yaxın azərbaycanlı uşaq və onların valideyni iştirak edib.

Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara yaxşı oxumağı tövsiyə edib və ən xoş arzularını çatdırıb.

Sonra səhnələşdirilmiş bayram tamaşası göstərilib, uşaqlar mahnı oxuyub, rəqs ediblər. Mədəniyyət Mərkəzinin "Azərbaycan qızları” rəqs ansamblının ifasında milli rəqslərimiz təqdim olunub.

Şənliyin sonunda Şaxta baba və Qar qız uşaqlara Yeni il hədiyyələri paylayıb.

 

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar