“Günay” uşaq teatrında “Nəsimi” tamaşasının premyerası olub

Bakı, 28 dekabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının "Günay” uşaq teatrı Azərbaycan Teatr İşçiləri İttifaqında "Nəsimi” tamaşasının premyerasını keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tamaşanın nümayişindən əvvəl Rus Mədəniyyət Məlumat Mərkəzinin ölkəmizdəki sədri, Rusiya səfirliyinin müşaviri Valentin Petroviç Denisov, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin prorektoru Rafik Novruzov, Əməkdar mədəniyyət işçisi, incəsənət üzrə fəlsəfə doktoru Rafiq Kaşanlı çıxış edərək Nəsimi yaradıcılığından və böyük mütəfəkkirə həsr olunan səhnə əsəri barədə fikirlərini bölüşüblər.

"Nəsimi” tamaşasının ssenarisi, səhnələşdirilməsi və musiqi tərtibatı "Günay” teatrının rəhbəri Larisa Viktorovna Tarusovaya, xoreoqrafiyası Günəş Talıbovaya aiddir.

Əsas rolları Leyla Murşudova (Nəsimi), Olesya Aksyonova (Fatma), Tamerlan Yarmamedov (Timur) ifa ediblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

Xatırladaq ki, tamaşanın ilk nümayişi 2019-cu ilin dekabrında Moskvada keçirilən "Millətin Qızılları” Beynəlxalq festival-müsabiqədə baş tutub. Burada tamaşa Rusiyanın teatr xadimləri tərəfindən yüksək qiymətləndirilib və 1-ci dərəcəli laureat adına layiq görülüb. Bu yarışmada "Günay” teatrının gənc sənətçiləri "Qızıl açar” tamaşasına görə 1-ci dərəcəli laureat adını, solo və qrup nominasiyaları üzrə müxtəlif dərəcələrə görə mükafatlar qazanıblar. Ümumilikdə, "Günay” teatrı bu festivalda 20 laureat diplomu qazanıb.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar