Ağsaqqallar Şurasının sədri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqımızı təbrik edib

Bakı, 30 dekabr, AZƏRTAC

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə həmvətənlərimizi təbrik edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.

Şuranın sədri Fəttah Heydərov təbrikində bildirir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü Yeni ilə qoşularaq yenə də könüllərə sevinc, əllərə birlik, ruhlara fərəh verəcək.

"Mən Sizi - dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mənəvi birlik və həmrəylik rəmzi olan bu bayram münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının çoxsaylı üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ailələrə sevinc, rifah, xalqımızın və dövlətimizin əmin-amanlığı və rifahı naminə etdiyiniz duaların Allah dərgahında qəbul olunmasını arzulayıram. Bu mübarək gündə xalqımız da həmrəyliyin sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, bir-biriləri ilə könül xoşluğu ilə bayram sevincini bölüşürlər. Xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi üçün diləklər edilir, şəhidlərimizin ölməz ruhuna dualar oxunur”, - deyə təbrikdə vurğulanır.

Qeyd olunur ki, məhz ümummilli liderimiz Heydər Əliyev öz xalqının tarixi mənəvi dəyərlərini, eləcə də ümumbəşər mədəniyyətinin nailiyyətlərini dərindən bilən, onları qoruyub hifz edən, yaşadan bir lider və dövlət qurucusu kimi tolerant Azərbaycanda demokratiyanın, insan haqlarının, həmrəyliyin, eləcə də din və vicdan azadlığının əsasını qoymuşdur. Milli-mənəvi və dini dəyərlərimizin xalqımızın mədəni inkişafında müstəsna rol oynaması üçün daim çalışan ulu öndər Heydər Əliyevin bu şərəfli missiyasını Prezident İlham Əliyev də uğurla davam etdirir, dövlətçilik siyasətində müqəddəs mənəvi dəyərlərə daim yüksək qiymət verir, xüsusilə birlik və həmrəyliyin ümumbəşəri mahiyyətinə böyük hörmətlə yanaşır.

Ulu Öndərin bizə əmanət qoyduğu sülh, əmin-amanlıq və bərabərlik rəmzi olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsrlərlə yaşayacağına, Azərbaycan xalqının daim əl-ələ və həmrəy olacağına inandığını bildirən Fəttah Heydərov qeyd edib: "Allah öz mərhəmətini Azərbaycan millətindən əsirgəməyəcəkdir. Qoy, bu gözəl bayram, Yeni il ölkəmizə, vətəndaşlarımıza, bütün İslam aləminə sülh, əmin-amanlıq, səadət, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət gətirsin!”

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar