Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı, 5 yanvar, AZƏRTAC

Yanvarın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2019-cu il dekabrın 28-də keçirilmiş iclasının protokolu təsdiq olunub.

Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilər və 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar maraqlı subyektlərin də iştirakı ilə MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Milli Məclisə seçkilərə dair müraciətlərin müzakirəsindən sonra Komissiya namizədin qeydə alınmaması ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarının ləğv edilərək, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən bir nəfərin Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınmasına qərar verib.

Ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərin müzakirəsi zamanı da vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması üçün geniş, hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Komissiya üzvlərinin müzakirəsindən sonra 30 saylı Suraxanı birinci seçki dairəsinin 24 və 31 saylı Suraxanı ikinci seçki dairəsinin 30 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunub, eləcə də sözügedən seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb.

Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin seçkilərlə bağlı cari məsələlərə baxılıb.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar