2020-ci ildə Xarkovda Nizami Gəncəvinin heykəli ucaldılacaq

Kiyev, 6 yanvar, AZƏRTAC

2020-ci ildə Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat verilib. Məlumata görə, artıq bununla bağlı sənədləşmə işləri yekunlaşmaq üzrədir. Park şəhərin mərkəzi hissələrində olacaq. Bundan başqa bu il ərzində Ukraynada Azərbaycan Mədəniyyət günləri keçiriləcək.

Qeyd edək ki, son iki ildə Ukraynada Müslüm Maqomayev və Nəsiminin heykəlləri ucaldılıb.

 

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar