Bakı, 6 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən "100 il. Bakı – Musiqi gözü ilə” proqramı çərçivəsində növbəti konsert Binə qəsəbə Mədəniyyət Mərkəzinin və 24 nömrəli 11 illik musiqi məktəbinin iştirakı ilə baş tutub.
İdarədən AZƏRTAC-a bildirilib ki, insanların musiqi zövqünün formalaşmasına, klassik və müasir Azərbaycan musiqisinin tanıtımına yönəlmiş musiqili proqram Binə sakinləri tərəfindən maraqla izlənilib.
"Rəqs” dərnəyinin rəhbəri Həmayə Abbasova "101-i” rəqsi ilə tədbirə gözəl bir ahəng qataraq tamaşaçıları sevindirib.
Bədii qiraətçi Yusif İsmayılov isə Bakı haqqında gözəl şeirlər söyləyib.
Sonda tədbir iştirakçıları fəxri fərmanlarla təltif olunublar.