ABŞ səfiri: Azərbaycanda parlament seçkilərinə çoxlu sayda namizədin qeydə alınmasını görməkdən şadıq

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycanda parlament seçkilərində çoxlu sayda namizədin qeydə alınmasını görməkdən şadıq.

AZƏRTAC secki-2020.az saytına istinadla xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

Səfir bildirib ki, ABŞ Azərbaycanda keçirilən parlament seçkilərini yaxından izləyir. Fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlərin, gənclərin və qadınların, həmçinin yeni simaların qeydə alınmasını görməkdən çox şadıq.

Li Litzenberger qeyd edib ki, hazırda seçkiqabağı təşviqat kampaniyası yeni başlayır: "Biz şadıq ki, Azərbaycan seçkiləri izləmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib”.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar