“Azadlıq aşiqləri günü-20 Yanvar” müsabiqəsinin yekun sərgisi açılıb

Bakı, 18 yanvar , AZƏRTAC

Bakı Xətai Sənət Mərkəzində "Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyi, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

Sərginin açılışından öncə Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov müsabiqə haqqında məlumat verib.

Bildirib ki, müsabiqəyə respublikanın müxtəlif guşələrindən 400-ə yaxın uşaq, 600-ə qədər əsəri ilə virtual qaydada qatılıb. 210 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunub.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov və Xalq rəssamı Arif Hüseynov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış dərək müsabiqə və sərginin əhəmiyyətini qeyd edib, bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Sonra qaliblər diplomlarla təltif olunub.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar