20 Yanvar şəhidləri Azərbaycan tarixinə parlaq səhifə yazdılar

Ağcabədi, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin iştirakı ilə həyata keçirilmiş təcavüz nəticəsində Bakı şəhərində dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaqdır. Həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə Ağcabədi şəhərində keçirilən ümumrayon tədbirində səsləndirilib. Şəhidlər xiyabanına axışan ağcabədililər və hərbi qulluqçular abidə kompleksi önünə və şəhid məzarları üzərinə tər qərənfillər düzüb, 20 Yanvar faciəsində həlak olan qəhrəman Vətən övladlarının xatirəsini böyük ehtiramla yad ediblər. Anım mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin ruhuna dualar oxunub.

Tədbirdə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən "Həvəskar aktyorluq və bədii qiraət" kursunun üzvləri 20 Yanvar şəhidlərinə həsr olunmuş "Zəfər gecəmiz" adlı əbədi-bədii kompozisiya ilə çıxış ediblər.

Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, avtomobillərdən səs siqnalları verilib.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar