Rus Dram Teatrında “Qürur və qərəz” tamaşası növbəti dəfə oynanılacaq

Fevralın 14-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında ingilis yazıçısı Ceyn Ostinin romanı əsasında səhnələşdirilən "Qürur və qərəz” tamaşası növbəti dəfə oynanılacaq.

AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı İrqar Safat, quruluşçu rəssamı isə Nikita Sazonovdur.

Qeyd edək ki, bu günə qədər "İngilis ədəbiyyatının birinci xanımı" kimi tanınan Ceyn Ostinin "Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteri ilə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

Əsər əsasında dünya kinematoqrafları onlarla film çəkiblər. Bu əsər həm də dünya teatrlarının əksərinin repertuarına daxildir.

 

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar