TURKİYE AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUG GRUPUN RƏHBƏRİ HƏMYERRİMİZ ŞAMİL AYRIM “ AZƏRBAYCANIN GÜRURU” GIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB

"Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmlənməsindən söhbət açaraq, xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olmasının bu iki ölkəni həmişə bir-birinə doğma etməsindən, sevincli, kədərli günlərdə də birinin digərinin yanında olmasından bəhs edib.

"Azərbaycan-Türkiyə münasibətlərində iki ölkənin ictimai-siyasi, sosial-iqtisadi təşkilatları, həmçinin media qurumları arasındakı əlaqələr xüsusi bir istiqamət təşkil etməkdədir”, - deyə qeyd edən Emil Nəsirli həmyerlimiz, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımın da bu əlaqələrin inkişafında böyük rolu olduğunu bildirib. Emil Nəsirli Türkiyədə yaşayıb fəaliyyət göstərən tanınmış siyasətçi Şamil Ayrımın timsalında hər iki ölkənin daha sıx tellərlə bir-birinə bağlılığına öz fəaliyyətləri ilə dəstək olan həmyerlilərimizin rolunu yüksək qiymətləndirib, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında qazanılan nailiyyətlərin hər iki tərəfi daha sıx və səylə fəaliyyət göstərməyə həvəsləndirdiyini vurğulayıb. Bununla yanaşı, Emil Nəsirli Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçıları olduğunu, hər iki dövlətin özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə etdiyini görüş iştirakçılarının nəzərinə çatdırıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövlətinin daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə etdiyini, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərdiyini də qeyd edib.

Əslən azərbaycanlı olan tanınmış siyasətçi, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım ilk öncə baş redaktor Emil Nəsirliyə və "Azərbaycanım” beynəlxalq jurnalının redaksiya heyətinə onu "Azərbaycanın qüruru” qızıl ordeninə layiq gördüklərinə görə minnətdarlığını bildirib. Azərbaycan-Türkiyə əlaqələrinin təşkilatlandığı bir dövrdə cəmiyyətin bütün təbəqələrini əhatə edəcək şəkildə münasibətlərin daha da genişlənməsinin vacibliyindən söhbət açan Şamil Ayrım bu münasibətlərin ikitərəfli əlaqələrə töhfə vermək məqsədilə göstərilən fəaliyyətlərin geniş sahəsinin əhatə etməsindən ətraflı bəhs edib. Çıxışında Dağlıq Qarabağ probleminə toxunan Şamil Ayrım münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyənin bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağı və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə öz prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan etdiyini söyləyib.

Görüşdə Türkiyənin "Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver çıxış edərək bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətlərinin həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynadığını, bu gün ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğunu və bütün sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyini bildirib. Akkan Suver, eyni zamanda, onu da xüsusi vurğulayıb ki, iki dövlət arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib.

TURKİYE AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUG GRUPUN RƏHBƏRİ HƏMYERRİMİZ ŞAMİL AYRIM “ AZƏRBAYCANIN GÜRURU” GIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB
TURKİYE AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUG GRUPUN RƏHBƏRİ HƏMYERRİMİZ ŞAMİL AYRIM “ AZƏRBAYCANIN GÜRURU” GIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB
TURKİYE AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUG GRUPUN RƏHBƏRİ HƏMYERRİMİZ ŞAMİL AYRIM “ AZƏRBAYCANIN GÜRURU” GIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB
TURKİYE AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUG GRUPUN RƏHBƏRİ HƏMYERRİMİZ ŞAMİL AYRIM “ AZƏRBAYCANIN GÜRURU” GIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB
TURKİYE AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUG GRUPUN RƏHBƏRİ HƏMYERRİMİZ ŞAMİL AYRIM “ AZƏRBAYCANIN GÜRURU” GIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB
TURKİYE AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUG GRUPUN RƏHBƏRİ HƏMYERRİMİZ ŞAMİL AYRIM “ AZƏRBAYCANIN GÜRURU” GIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB
TURKİYE AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUG GRUPUN RƏHBƏRİ HƏMYERRİMİZ ŞAMİL AYRIM “ AZƏRBAYCANIN GÜRURU” GIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUBTURKİYE AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUG GRUPUN RƏHBƏRİ HƏMYERRİMİZ ŞAMİL AYRIM “ AZƏRBAYCANIN GÜRURU” GIZIL ORDENİ İLƏ TƏLTİF OLUNUB
Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar