“Azərbaycanım” Beynəlxalq Jurnalının Redaksiya Heyətinin yeni Fəxri üzvləri seçilmişdir.

Yığıncaqda ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peynin, Fransa Milli Assambleyasının deputatı Jan Fransua Mancelin, Ümumrusiya Azərbaycanları Konqresinin Prezidenti Məmməd Bağır Əliyevin, Ümumrusiya Azərbaycanları Konqresinin icraçı direktoru İlqar Haciyevin, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Tsuquo Takahaşinin, Paris Azərbaycan Evinin sədri, Azərbaycan Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın, Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kinteronun, Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Rivanın, Latviya Respublikasının Azərbaycanda Fövqəladə və Səlahiyyətli Səfiri Juris Maklakovsun və Belarusiyanın Azərbaycan Respublikasındakı Səfirinin müşaviri Dmitriy Qorbaçovun "Azərbaycanım” Beynəlxalq Jurnalının Redaksiya Heyətinin Fəxri Üzvləri seçilməsi barədə qərar qəbul olunmuşdur.

Bununla bağlı "Azərbaycanım” Beynəlxalq Jurnalının Redaksiya Heyətinin yeni Fəxri üzvlərinin sertifikatları təsdiq edilmişdir.

"Xəbərlər” şöbəsi

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar