"Azərbaycanım" jurnalının Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müsaid bin İbrahim əs-Süleym cənabları ilə müsahibə

 - Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin indiki vəziyyətini necə qiymətləndirirsiniz və bu əlaqələri daha yüksək səviyyəyə çatdırmaq üçün nə etmək lazımdır?
  
Səudiyyə Ərəbistanı Krallığını Azərbaycan Respublikası ilə qarşılıqlı hörmət, səmimi qardaşlıq, ümumi islam irsi, ortaq tarixə əsaslanan yüksək səviyyəli əlaqələr birləşdirir. İki ölkə arasındakı əlaqələr Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan sonra bütün sahələrdə- siyasi, iqtisadi, investisiyalar və ictimai sahələrdə böyük inkişafın şahidi olmuş və iki ölkə rəhbərliyinin xüsusi diqqəti ilə əhatə olunmuşdur.  Hal hazırda əlaqələri iqtisadi, investisiya və turizm sahələrində daha da genişləndirmək üzərində iş aparırıq və axır bir neçə ildə bu sahədə mühüm addımlar atmışıq.
 
- Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı hər zaman dəstəkləyir, hətta buna görə Ermənistanla diplomatik əlaqələr qurmayıb. Krallıq digər islam ölkələrini də bu mövqedən çıxış etməyə çağırırmı?
 
Səudiyyə Ərəbistanı Krallığını İslam dininin beşiyi və bütün müsəlmanların qibləsi kimi yarandığı gündən bu yana bütün qüvvə və imkanları ilə İslam və müsəlmanlara xidmət etmək, İslam ümmətinin  problemlərini həlli üçün səy göstərir. Bundan çıxış edərək Krallıq həmişə beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü və toxunulmamazlığını dəstəkləyir, habelə bu qərarların icra edilməsi üçün hər cürə yardım göstərir. Ölkələrimiz arasında bir çox beynəlxalq təşkilat, o cümlədən BMT, onun müxtəlif ixtisaslaşmış qurumları, eləcə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sıx əməkdaşlıq əlaqələri mövcuddur. Ölkəm, Azərbaycanın  İslam Əməkdaşlıq Təşkilatı, eləcə də 2012-2013-cü illər üçün BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul edilməsinə böyük dəstək göstərmişdir. Bundan əlavə Səudiyyə Ərəbistanı Krallığının İslam Əməkdaşlıq Təşkilatındakı böyük nüfuzu sayəsində bu təşkilatda Azərbaycanın haqq işini dəstəkləyəcək qərarların verməsi məsələsində mühüm rola malikdir. Bu çərçivədə Krallıq digər müsəlman ölkələri də Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə təşviq edir.
- Cənab səfir, ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz və burda çalışdığınız müddətdə regionlarımızda olmusunuzmu?
 
Deməliyəm ki, iki ölkə arasında turizm əlaqələrinin inkişafı üçün böyük imkanlar mövcuddur. Son zamanlar bu sahədə əhəmiyyətli işlər görülmüşdür. Belə ki, Səudiyyə Ərəbistanı Krallığı Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş imzalanmışdır. Bundan əlavə Azərbaycan Hökuməti bu ilin fevral ayından etibarən Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında Səudiyyə Ərəbistanı vətəndaşlarına sadələşdirilmiş viza rəsmiləşdirilməsinə qərar vermişdir. Şübhəsiz ki, bu tədbirlər iki ölkə arasında ticarət dövriyyəsi və turist mübadiləsinin daha da artıb çoxalmasına imkan verəcək.
Azərbaycanın regionlarına səfərlərimə gəlincə, buraya gələndən bəri, imkan tapıb Qəbələ, Quba, Lənkəran və Naxçıvan kimi turizm bölgələrinə səyahət etmişəm. Orada gözəl təbiət, çoxlu axar çay, dəyişkən iqlim, münasib şərait və qonqpərvərlik görmüşəm. Bununla yanaşı, cürbəcür Azərbaycan xalq yaradıcılığı nümunələrinin nümayiş olunduğu milli tədbirlərdə iştirak etmişəm.
 
-Yəqin ki, hamımızın müsəlman olması, eyni dinə aid olmağımız Sizə burada qəribçilik çəkməməyə kömək edir. Azərbaycanlılıar nə dərəcədə özünüzə yaxın hesab edirsiniz?
 
Siz haqlısınız! Səudiyyə və Azərbaycan xalqları arasında bir çox ortaqlıqlar mövcuddur. Bu da onların eyni tarix, din və mədəniyyətə mənsub olmasından irəli gəlir. Burada qətiyyən özümü qərib hesab etmirəm, ələlxüsus da ona görə ki, Azərbaycan xalqı mehriban və səxavətlidir. 
 
-Cənab səfir, artıq müsəlman dünyasının böyük sevinclə yaşadığı Ramazan ayı başlamışdır. Maraqlıdır Ramazan ayı müqəddəs torpaqlarda necə qeyd olunur? Sizin özünüz bayramı necə qeyd edirsiniz?
 
Ramazan ayı Səudiyyə Ərəbistanı Krallığında nurani bir abu-havada və dünyanın digər yerlərindən fərqlı formada qeyd edilir. Səudiyyəlilər onu böyük sevinc hissi ilə qarşılayaraq, böyükdən kiçiyə kimi ailənin bütün üzvləri bu hisslərə qərq olur. Səudiyyə cəmiyyəti Ramazan ayı ilə bağlı adət-ənənələrini qoruyur və bu adətlər zaman keçdikcə nə dəyişilir nə də aradan gedir. Krallıqda Ramazan adətlərinin ən önəmlilərindən biri ailə üzvlərinə və yaxınlara baş çəkməkdir. Belə ki, gecə namazından sonra ailələr və qonşular ziyarət olunar. Bəzi ailələrdə belə bir ənənə mövcuddur ki, Ramazanın hər bir günü dövrü olaraq ailənin bir üzvünün evində iftar edilir. Bu zaman ailənin böyük üzvünün evindən başlanılır. Bəziləri iftar yeməklərindən qonşulara pay verir, bununla da hamı öz arasında müxtəlif yeməklər paylaşır.  Bu ayda Krallıqda rəsmi iş saatları dəyişilir, davamiyyət bir və ya iki saat qısaldılır. Ramazanda xeyriyyəçilik çoxalır. Məscidlərin yaxınlığında iftar süfrələri açılır, svetoforların yanında yüngül iftar yeməkləri paylanılır. Ramazanın iyirmi yeddinci günündən sonra, əhali imkansızlara fitrə zəkatı və sədəqə paylayır. Bu ta bayram namazınadək davam edir. Bununla da ramazan ayı Krallıqda imkansızlara ülfət, səxavət və şəfqət kimi xüsusiyyətlərlə seçilir. Bunlar Krallığın müxtəlif əhali qrupları arasında hökm sürən ortaq adətlər hesab olunur. Bununla yanaşı hər bölgənin özünəməxsus adətləri vardır. Bütün səudiyyəlilər kimi biz də ailəmizdə qeyd etdiyim adət-ənənəni yaşatmağa çalışırıq.
 
-Azərbaycan xalqına və jurnalın oxucularına arzularınız?
 
Mən qardaş Azərbaycan Respublikası hökuməti və xalqına davamlı inkişaf və çiçəklənmə, Sizə və oxucularınıza can sağlığı və xoşbəxtlik diləyirəm. Hörmətli jurnalınızıa isə uğur və müvəffəqiyyət arzu edirəm.
 
P.S. "Azərbaycanım” Beynəlxalq Jurnalının Redaksiya Şurasının qərarı ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri  Müsaid bin İbrahim əs-Süleym "Azərbaycanım” Beynəlxalq Jurnalının fəxri üzvü seçilmişdir. Görüşdə jurnalın baş redaktoru Emil Nəsirli Fəxri üzvlük sertifikatını cənab səfirə təqdim etdi.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri
Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar