Moldova İctimai Palatasının sədri Aurelia Qriqoriuya “Azərbaycanın dostu” qızıl ordeni təqdim edilib

Bakı, 23 fevral, AZƏRTAC

Moldova İctimai Palatasının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Moldova filialının rəhbəri Aurelia Qriqoriuya "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub.

Ordeni xanım Aurelia Qriqoriuya jurnalın baş redaktoru Emil Nəsirli Strateji Araşdırmalar Mərkəzində "Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsinin ən böyük humanitar faciəsidir” mövzusunda keçirilən "dəyirmi masa”da təqdim edib.

Tədbirdə Emil Nəsirli çıxış edərək Dağlıq Qarabağ münaqişəsinin tarixinə toxunub, Azərbaycan ərazisinin 20 faizinin hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu diqqətə çatdırıb. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində milliyyətçilik və etnik ayrı-seçkilik zəminində xüsusi amansızlıqla azərbaycanlılara qarşı qırğın törədildiyini qeyd edib, soyqırımı qurbanları haqda məlumat verib, beynəlxalq ictimaiyyət tərəfindən bu aktın insanlıq əleyhinə cinayət kimi tanınmasının vacibliyini vurğulayıb.

Baş redaktor tədbirdə iştirak edən Moldova İctimai Palatasının sədri, siyasi xadim Aureliya Qriqoriuya Azərbaycan həqiqətlərinin, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı faktların və təcavüzkar Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər həyata keçirdiyini qeyd edib.

Aureliya Qriqoriu qızıl ordenə görə təşəkkürünü bildirib. O, Xocalı faciəsinin təkcə Azərbaycan xalqının yarası olmadığını söyləyib, bu qətliamı bütün dünyanın ağrısı və bəşəriyyətə qarşı yönələn cinayət kimi dəyərləndirib.

Xəbərin retinqi: 
Şərh əlavə et
  • Нравится
  • 0
На нашем сайте вы можете найти все про Kupit-spravku-tut. Также рекомендую ознакомится Medblanks.online. И кстати справку можно купить по ссылке Medcentr-msk.com.
действия
  • Нравится
  • 0
  • Natalie
  • 05-03-2019, 19:22
  • : 19:22
На нашем сайте вы можете найти все про справку в Волгограде
действия
  • Нравится
  • 0
  • Wendy
  • 10-03-2019, 21:17
  • : 21:17
На нашем сайте вы можете найти все про пати покер
действия
  • Нравится
  • 0
  • Andrea
  • 21-07-2019, 00:33
  • : 00:33
На нашем сайте вы можете найти все про форма рецепта 107 1 у нового образца
действия
  • Нравится
  • 0
  • Tom
  • 25-08-2019, 19:30
  • : 19:30
На нашем сайте вы можете найти все про где купить товарные чеки в марьино
действия
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar