Aleksandr Nisanov-“Azərbaycanın qüruru”

 

 

 

 Aleksandr Nisanov-"Azərbaycanın qüruru”

Miniatür Kitab Muzeyində təşkil olunmuş tədbirdə tanınmış ictimai xadim, iş adamı, xeyriyyəçi, hazırda ABŞ-ın Nyu York ştatında yaşayıb fəaliyyət göstərən, əslən azərbaycanlı olan dağ yəhudisi, Ümumdünya Bioqrafiyalar Assambleyasının prezidenti Aleksandr Nisanova "Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi "Azərbaycanın Qüruru” Qızıl Ordeni təqdim edilib.

 Tədbiri giriş sözü ilə açan ictimai xadim, Azərbaycan "Kitab” Cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin təsisçisi və direktoru Zərifə Salahova bildirib ki, Aleksandr Nisanovun hələ Azərbaycanda yaşadığı, eləcə də hazırda ABŞ-ın Nyu York ştatında fəaliyyət göstərdiyi dövrlərdə daim Azərbaycanın hərtərəfli inkişafının təbliği, onun dünyada tanınması, Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə müdafiəsi istiqamətində böyük işlər görüb. Aleksandr Nisanovu yaxından tanıdığını qeyd edən Zərifə Salahova tədbir iştirakçılarına onun həyatı və fəaliyyəti barədə geniş məlumat verib, xatirələrini bölüşüb.

 Tədbirdə çıxış edən "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirli "Azərbaycanım” beynəlxalq jurnalının 2007-ci ildən fəaliyyətə başladığını bildirib və jurnalın bu müddət ərzində böyük oxucu auditoriyası qazandığını vurğulayıb."Jurnalın uğurlarında əsas rolu əlbəttə ki, mövzuların aktuallığı, özünəməxsus tərzi, müasir dizayn və materialların təqdimatı oynayır”-deyə qeyd edən Emil Nəsirli onu da əlavə edib ki, "Azərbaycanım” beynəlxalq jurnalının təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də yayılması müsbət haldır. "Azərbaycanım” beynəlxalq jurnalının səhifələrində ölkəmiz, dünyada cərəyan edən əsas hadisələr, həmçinin tanınmış şəxsiyyətlər, vətənimizi sevən bütün ziyalılar, iş adamları, siyasətçilər, Azərbaycanın dostları və digər sahədə çalışan görkəmli insanlar haqqında məlumatlar verdiyini bəyan edən Emil Nəsirli tanınmış ictimai xadim, iş adamı, xeyriyyəçi, "Azərbaycanım” beynəlxalq jurnalının Fəxri üzvü, hazırda ABŞ-ın Nyu York ştatında yaşayıb fəaliyyət göstərən, əslən azərbaycanlı olan dağ yəhudisi, Ümumdünya Bioqrafiyalar Assambleyasının prezidenti Aleksandr Nisanovun jurnalın beynəlxalq əlaqələrinin inkişafında böyük rolu, onun Azərbaycana olan sevgisi barədə tədbir iştirakçılarına geniş məlumat verib.

 Çıxışının sonunda jurnalın baş redaktoru Emil Nəsirli bu məqsədlə "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasının qərarı ilə AЛЕКСАНДР НИСАНОВUN ABŞ-da Azərbaycan diasporunun inkişafında və fəal xeyriyyəçilik fəaliyyətində xidmətlərinə görə (за развитие Азербайджанской диаспоры в США и за активную благотворительную деятельность) "AZƏRBAYCANIN QÜRURU” Qızıl Ordeni ilə təltif olunduğunu tədbir iştirakçılarına bildirib və qeyd olunan mükafatı A.Nisanova təqdim edib.

 Tanınmış ictimai xadim, iş adamı, xeyriyyəçi Aleksandr Nisanov onu bu mükafata layiq gördüklərinə görə başda baş redaktor E.Nəsirli olmaqla "Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurasına və kollektivinə, eləcə də tədbirin təşkilatçısı olan ictimai xadim, Azərbaycan "Kitab” Cəmiyyətinin sədri, Miniatür Kitab Muzeyinin təsisçisi və direktoru Zərifə Salahovaya, tədbir iştirakçılarına dərin minnətdarlığını bildirib. "Hər bir sevginin təməli ailədə qoyulur, həmçinin vətən sevgisinin. Vətəndaş dedikdə bilavasitə vətənə, dövlətə sədaqətlə xidmət edən, mənəvi keyfiyyətlərə malik olan insan başa düşülür. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailə, bu tərbiyənin necə deyərlər, səmərəli nəticəsi isə vətənpərvərlikdir” – deyə bildirən A.Nisanov çıxışına onu da əlavə edib ki, bu gün Bakıya gələn hər bir xarici vətəndaş, hər bir qonaq, əgər o, xoş niyyətlə gəlibsə, öz hisslərini gizlədə bilmir. Bakıda yaradılmış gözəllik, mən deyə bilərəm ki, dünyada nadir şəhərlərdə təkrarlana bilər. Bu gözəlliyi, abadlığı, səliqəni, mədəniyyəti, təbiəti, tarixi Azərbaycan xalqının fədakarlığı yaradıb.Bütün bu uğurları xalqımızın vətənpərvərliyi  və  sözün yaxşı mənasında, inadkarlığı təmin edibdir.

 Daha sonra  çıxışını davam etdirən A.Nisanov ABŞ-ın Nyu York ştatında rəhbəri olduğu Ümumdünya Bioqrafiyalar Assambleyasının fəaliyyəti barədə məlumat verərək Assambleyanın Azərbaycan üzrə həqiqi üzvlərinin seçildiyini diqqətə çatdırıb. A.Nisanov Azərbaycan üzrə Miniatür Kitab Muzeyinin təsisçisi və direktoru, ictimai xadim Zərifə Salahovanın, "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirlinin, Azərbaycan Respublikası Ensiklopediya Nəşriyyatının direktoru Fikrət Nağıyevin, tanınmış rəssam-modelyer, parfümer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın, tanınmış kinorejissor, ssenarist, Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artisti Eldar Quliyevin, Zorik İzrayevin Ümumdünya Bioqrafiyalar Assambleyasının (ABŞ, Nyu York) Rəyasət Heyətinin qərarı ilə həqiqi üzv seçildiklərini qeyd edib və Assambleyanın həqiqi üzvü vəsiqəsini və döş nişanını seçilmiş namizədlərə təqdim edib.

Ümumdünya Bioqrafiyalar Assambleyasının (ABŞ, Nyu York) Azərbaycan üzrə həqiqi üzvləri  seçilmiş yuxarıda adları qeyd olunan namizədlər də öz növbəsində ÜBA-nın prezidenti A.Nisanova və Assambleyanın Rəyasət Heyətinə minnətdarlıqlarını bildiriblər.

  Aleksandr Nisanov-“Azərbaycanın qüruru”Aleksandr Nisanov-“Azərbaycanın qüruru”

Aleksandr Nisanov-“Azərbaycanın qüruru”

Aleksandr Nisanov-“Azərbaycanın qüruru”
Aleksandr Nisanov-“Azərbaycanın qüruru”
Aleksandr Nisanov-“Azərbaycanın qüruru”

 

 

 

 

 

 

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar